loader image

Dia.edu.az

Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

30 noyabr 2021-ci il tarixində DİA Tələbə Gənclər Təşkilatının, DİA TGT “Art” klubunun və DİA TGT Kitab klubunun təşkilatçılığı ilə Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan DİA Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxalı Aşıq Ələsgərin yaradıcılığından bəhs etmiş, onun yarıdıcılığının gənc nəslin inkişafında xüsusi rola malik olduğunu vurğulamışdır.
Tədbirdə çıxışlar 10 ballıq şkala üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdirilmiş,
I, II və III yerin qalibləri kitab və diplomlarla təltif edilmişdirlər.