loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA) Intellektual sistemlərin idarə olunması kafedrasının müdiri, dosent Elvin Əzizbəyovun həmmüəllifi olduğu “Recovery of the unknown coefficients in a two-dimensional hyperbolic equation” (“İki ölçülü hiperbolik tənlikdə naməlum əmsalların bərpası”) adlı məqalə Amerika Birləşmiş Ştatlarında nəşr olunan Q1 kateqoriyalı (Riyaziyyat və Tətbiqi riyaziyyat sahələri üzrə) “Mathematical Methods in the Applied Sciences” (“Tətbiqi Elmlərdə Riyazi Üsullar”) adlı beynəlxalq jurnalda dərc olunub (Journal Citation Reports®, Science Citation İndex Expanded, Impact factor: 3.007).

Məqalə ikiölçülü hiperbolik tənlik üçün əlavə təyin olunma şərtli tərs sərhəd məsələsinin klassik həllolunanlığının öyrənilməsinə həsr olunmuşdur. Əvvəlcə baxılan məsələ eyni verilənlər daxilində köməkçi məsələyə gətirilmiş və köməkçi məsələnin müəyyən mənada qoyulan məsələyə ekvivalentliyi isbat olunmuşdur. Sonra Furye üsulunun və sıxılmış inikas prinsipinin köməyi ilə ekvivalent məsələnin həllinin kiçik zaman anı üçün varlığı və yeganəliyi haqqında teoremlər isbat olunmuşdur. Daha sonra isə, ekvivalentlik şərtindən istifadə edərək baxılan məsələnin klassik həllinin varlığı və yeganələyi göstərilmişdir. Sonda baxılan tərs məsələnin ədədi həll üsulları, bəzi ədədi nümunələr və MatLab riyazi proqram paketindən istifadə edərək uyğun qrafiklər verilmişdir.

Məqaləni oxumaq üçün aşağıdakı linklə keçid edə bilərsiz:

https://onlinelibrary.wiley.com/doi/10.1002/mma.8605