Sənədlərlə iş və arxiv şöbəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Sənədlərlə iş və arxiv şöbəsi öz işində Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunverici aktları, Akademiyanın Nizamnaməsini, şöbənin Əsasnaməsini, DİA-nın Elmi Şurasının Qərarlarını, rektorun əmrlərini, sərəncamlarını və kargüzarlığın aparılmasına dair təlimatı rəhbər tutur. Şöbə 1999-cu ildən DİA təşkil edildiyi gündən fəaliyyətə başlamış və Ümumi şöbə adı ilə üzun illər fəaliyyət göstərmişdir. Dövlət orqanlarından, ictimai təşkilatlardan, hüquqi və fıziki şəxslərdən Akademiyaya daxil olan xidməti sənədlər, habelə digər korrespondensiya Sənədlərlə iş və arxiv şöbəsi tərəfindən qəbul edilir və qeydə alınır. Daxil olan xidməti sənədlərin məxfiliyi qorunaraq müvafiq struktur bölmələrinə verilməsi şöbə tərəfındən həyata keçirilir. Rektorun sərəncam və əmrləri şöbə tərəfindən rəsmiləşdirilir və müvafıq bölmələrə göndərilir. Rəhbərlik tərəfındən imzalanan məktub və müvafıq sənədlər şöbədə qeydiyyata alınır və aidiyyatı üzrə çatdırılır. Rəhbərliyin normativ aktlarının və digər tapşırıqlarının icrasına nəzarət və icranın yoxlanılması işlərinin təşkilinə Sənədlərlə iş və arxiv şöbənin müdiri rəhbərlik edir.
Sənədlərlə iş və arxiv şöbəsi Akademiyanın müstəqil struktur bölməsi olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- Daxil olan sənədləri qəbul edir, qeydə alır, sənədlər aidiyyatı üzrə bölüşdürülür və icraçılara çatdırılır;
- Sənədlərin təyinatı üzrə göndərilməsini təmin edir;
- Sənədlərin icra müddətinə nəzarət edir;
- Sənədlərin nomenklatur siyahıların hazırlanması işlərini həyata keçirir;
- Sənədləri saxlanılma müddətinə uyğun olaraq arxivə təhvil verir;
- Sənədlərin saxlanması və onlardan istifadə edilməsini təmin edir;
- Akademiyanın struktur bölmələri arasında əlaqələrin təmin edilməsi və xidmət üzrə
texniki funksiyaları yerinə yetirir; - Kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə Akademinyanın bütün fəaliyyət
sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirir, kargüzarlığın peşə hazırlığını artırır; - Akademiyanın sənədlərinin məxfiliyinin qorunmasını təmin edir.
Əməkdaşlar:
Şöbə müdiri: Kəramət Qənbərov
Mütəxəssis: Patimat Xanbəyova
Kargüzar: Xəyalə Cəfərova
Kargüzar operator: Aygün Quliyeva
Arxivçi: Zemfira Allahyarova
Arxivçi: Arzu Ağamməmədova
Telefon- | (994 012) 437-19-75 |
E-mail- | umumi-shobe@dia.edu.az |