Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin magistrantları üçün 23 Aprel 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinə maarifləndirici xarakterli ekskursiya təşkil edilmişdir.
Ekskursiyanın əsas məqsədi magistrantların dünyagörüşünü genişləndirməklə yanaşı, onların Azərbaycan milli incəsənətinə və zəngin mədəni irsinə daha dərindən bələd olmalarına şərait yaratmaq olmuşdur.