Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın tələblərinə uyğun olaraq Dövlət İdarəçilik Akademiyasında 2025-ci il iyun ayının 17-dən 30-dək ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcəkdir.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilir: – şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi; – iddiaçı Dövlət İdarəçilik Akademiyasının doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.