loader image

Dia.edu.az

Sənədlərlə iş və arxiv şöbəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Sənədlərlə iş və arxiv şöbəsi öz işində Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunverici aktları, Akademiyanın Nizamnaməsini, şöbənin Əsasnaməsini, DİA-nın Elmi Şurasının Qərarlarını, rektorun əmrlərini, sərəncamlarını və kargüzarlığın aparılmasına dair təlimatı rəhbər tutur. Şöbə 1999-cu ildən DİA təşkil edildiyi gündən fəaliyyətə başlamış və Ümumi şöbə adı ilə üzun illər fəaliyyət göstərmişdir. Dövlət orqanlarından, ictimai təşkilatlar­dan, hüquqi və fıziki şəxslərdən Akademiyaya daxil olan xidməti sənədlər, habelə digər korrespondensiya Sənədlərlə iş və arxiv şöbəsi tərəfindən qəbul edilir və qeydə alınır. Daxil olan xidməti sənədlərin məxfiliyi qorunaraq müvafiq struktur bölmələrinə verilməsi şöbə tərəfındən həyata keçirilir. Rektorun sərəncam və əmrləri şöbə tərəfindən rəsmiləş­dirilir və müvafıq bölmələrə göndərilir. Rəhbərlik tərəfındən imzalanan məktub və müvafıq sənədlər şöbədə qeydiyyata alınır və aidiy­yatı üzrə çatdırılır. Rəhbərliyin normativ aktlarının və digər tapşırıqlarının icrasına nəzarət və icranın yoxlanılması   işlərinin təşkilinə Sənədlərlə iş və arxiv şöbənin müdiri rəhbərlik edir.

Sənədlərlə iş və arxiv şöbəsi Akademiyanın müstəqil struktur bölməsi olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

  • Daxil olan sənədləri qəbul edir, qeydə alır, sənədlər aidiyyatı üzrə bölüşdürülür və icraçılara çatdırılır;
  • Sənədlərin təyinatı üzrə göndərilməsini təmin edir;
  • Sənədlərin icra müddətinə nəzarət edir;
  • Sənədlərin nomenklatur siyahıların hazırlanması işlərini həyata keçirir;
  • Sənədləri saxlanılma müddətinə uyğun olaraq arxivə təhvil verir;
  • Sənədlərin saxlanması və onlardan istifadə edilməsini təmin edir;
  • Akademiyanın struktur bölmələri arasında əlaqələrin təmin edilməsi və xidmət üzrə
    texniki funksiyaları yerinə yetirir;
  • Kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə Akademinyanın bütün fəaliyyət
    sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirir, kargüzarlığın peşə hazırlığını artırır;
  • Akademiyanın sənədlərinin məxfiliyinin qorunmasını təmin edir.

 

Əməkdaşlar:

Şöbə müdiri:  Kəramət Qənbərov
 

Mütəxəssis:   Patimat Xanbəyova

Kargüzar:      Xəyalə Cəfərova

Kargüzar operator:   Aygün Quliyeva

Arxivçi:        Zemfira Allahyarova

Arxivçi:        Arzu Ağamməmədova 

Telefon- (994 012) 437-19-75
E-mail- umumi-shobe@dia.edu.az