26 sentyabr 2025-ci il
tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının təşkilatçılığı ilə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün
“Dövlət qulluğuna dair qanunvericilik və onun tətbiqi” mövzusunda təlim
keçirilib.
Təlimdə
AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının
müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Nağıyev Fəxrəddin
Tağı oğlu mühazirə ilə çıxış edərək dövlət qulluğunun qanunvericilik bazası,
tətbiq sahələri və dövlət idarəçiliyində onun rolu barədə geniş məlumat verib.
Tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il
tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan
edilməsi ilə bağlı keçirilən tədbirlər çərçivəsində təşkil olunub. Təlim zamanı
dövlət idarəçiliyində şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğuna əsaslanan
innovativ yanaşmalar vurğulanıb, qanunvericiliyin tətbiqi ilə bağlı təcrübə və
perspektivlər müzakirə edilib.
Təlim
iştirakçıları Azərbaycan dövlət idarəçiliyi sistemində aparılan islahatların və
qanunvericilik yeniliklərinin tətbiqinin vacibliyini yüksək qiymətləndirib və
bu sahədə biliklərin artırılmasının əhəmiyyətini qeyd ediblər.
Azərbaycan
Respublikasının dövlət qulluğuna dair qanunvericiliyin inkişafı və onun
effektiv tətbiqi məqsədilə keçirilən belə təlimlər dövlət idarəçiliyinin
təkmilləşdirilməsi və vətəndaşlarla münasibətlərin daha da gücləndirilməsinə
töhfə verir.