loader image

Dia.edu.az

  • 07.11.2025

ELAN

19 noyabr 2025-ci il tarixində

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında

Vətən müharibəsində qələbəmizin 5 illiyinə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafında innovativ idrəetmə və rəqəmsal texnologiyaların rolu”

 mövzusunda Respublika Elmi Praktik Konfransının keçirilməsi barədə

           

Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük zəfər tarixi yazdı, ərazi bütövlüyümüz bərqərar oldu, 2023-cü il sentyabrın 20-də qazanılan Xankəndi Zəfəri dövlətimizin Milli hədəflərinə doğru böyük əzim, qətiyyət və qəhramanlıq tələb edən haqq yolunun Zəfər Zirvəsi oldu. Bu müasir Azərbaycan Respublikası  qarşısında yeni  dövr istiqamətlərini açmış oldu.

Bununla da, Azərbaycan  dövləti yeni inkişaf dövrünə qədəm qoydu.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 dekabr 2024-ci il tarıxli verdiyi Sərəncamı ilə Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alaraq 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

44 günlük Zəfərdən sonra Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-lə bağlı təsdiq edilmiş Sərəncamın icrası məqsədi ilə 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Sərəncamı dövlət qurumları qarşısında mühüm vəzifələr qoymuşdur.

Bütün bunlar ölkədə yeni platforma olmaqla sosial – iqtisadi inkişafın  idarəedilməsində  yeni çağırışlar  və trendlər olması zərurətini yaradır.

IV sənaye inqlabı ərəfəsində olmaqla, iqtisadiyyatın rəqamlaşması, bilik iqtisadiyyatının qurulması və innovasiyaların tətbiqi, iqtisadi inkişafın inklüzivliyi yeni iqtisadi siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin müyyən etdiyi bu yeni iqtisadi siyasət qabaqcıl innovativ yeniliklərin tətbiqi, çağdaş mexanizmlərin yaradılması zərurətini ortaya çıxarır.

Bu baxımdan 19 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Vətən müharibəsində qələbəmizin 5 illiyinə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafında innovativ idrəetmə və rəqəmsal texnologiyaların rolu” mövzusunda Respublika Elmi Praktik  Konfransını keçirməyi nəzərdə tutur.

 

 

MƏQALƏLƏR AŞAĞIDAKI BÖLMƏLƏR ÜZRƏ AİDİYYATI

E-MAİLLƏRDƏ QƏBUL EDİLİR

 

I BÖLMƏ

Davamlı inkişaf və yaşıl iqtisadiyyat

davamlı2030@gmail.com

soilnur@yahoo.com

 

II BÖLMƏ

Rəqəmsal dövlət idarəetməsi və innovasiyalar

diamanagment@yandex.ru

iqtisadiyyat@dia.edu.az

ilahiyemusayeva@gmail.com

 

MƏQALƏLƏRİN TƏRTİB OLUNMA QAYDALARI:

 

Məqalələrin mətnin yığılması-A4-də, hər tərəfdən 2,5 sm, şrift 14 pt, interval 1,5, Times New Roman olmaqla  Мicrosoft Word formatında və hazırlanmalıdır.

Məqalələr (8-10 səhifədən ibarət olmaqla) və tezislər şəklində azərbaycan ingilis və rus dillərində təqdim oluna bilər.

Məqalə elektron şəkildə 15.11.2025 tarixinədək qəbul edilir.

 

Təşkilat komitəsi

 

MƏQALƏNİN TƏRTİBİ ÜÇÜN NÜMUNƏ

MƏQALƏNİN ADI

KONFRANSDA İŞTİRAK ETDİYİ BÖLMƏNİN ADI

Müəllifin adı, atasının adı, soyadı

Elmi dərəcəsi, vəzifəsi

 e-mail

Təmsil etdiyi müəssisənin adı

Xülasə

Xülasə adi hərflərlə, Məqalənin yazıldığı dildə, 250-300 simvol.

                 Açar sözlər: 3-5 söz

Məqalənin mətni ….. ……………… ……..

Məqalədə istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.   

Ədəbiyyat

EVENT INFO :

  • Start Date:07.11.2025
  • End Date:07.11.2025