Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədrisin Keyfiyyətinin Monitorinqi və Məzunlarla İş Şöbəsinin təşkilatçılığı ilə “Akademiyadan peşəkar həyata: Uğurlu karyera strategiyalarının sirləri” haqqında tədbirin birinci hissəsi keçirilmişdir.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqları salamlamış, bu formatlı görüşlərin vacibliyinə toxunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyası, Nazirlər Kabineti,Baş Prokurorluq, Elm və Təhsil Nazirliyinin nümayəndələri təcrübələrini tələbələrlə bölüşmüşlər.