Mayın 30-da Bakı Su İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə uğurla yekun vurulmuşdur.
Final mərhələsində 4 komanda arasında mübarizə getmiş, müvafiq olaraq l, ll və lll yerlərin qalibləri müəyyənləşmiş, mükafatlandırılma mərasimində qaliblər təltifolunmuşdurlar.
Mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir.