loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının  Dillər kafedrası Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi ilə birgə müəllimlər üçün interaktiv tədris metodlarının inkişafına dair keçirilmiş təlimlərdə əldə olunmuş biliklərin möhkəmləndirilməsi məqsədilə təlim sessiyası təşkil etmişdir.

Sessiyanın əsas məqsədi Dillər kafedrasının müəllimlərinin Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin təşkil etdiyi təlimlərdə qazandıqları bilik və təcrübəni bölüşmək, həmin metodların bütün müəllimlər arasında tətbiqini təşviq etmək olmuşdur. Bu birgə təşəbbüs interaktiv yanaşmaların tədris prosesinə daha geniş şəkildə inteqrasiyasına xidmət edir.