loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının yarandığı gündən elmi-tədris struktur bölməsi kimi “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrası fəaliyyət göstərir. Kafedra akademiyanın bakalavr, magistratura, ixtisasartırma, əlavə təhsil bölmələri üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, ixtisaslarının artırılması işlərini həyata keçirir.

Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, Akademiyanın Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrinə seçilməsi və attestasiyası qaydalarına və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.

Kafedra informatika, müasir informasiya texnologiyaları, riyazi-iqtisadi metodların idarəetmə proseslərində tətbiqi sahəsində bakalavr pilləsində “Kompüter elmləri”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Ekologiya”, “İqtisadiyyat”, “Menecment” ixtisasları üzrə, magistr pilləsində  isə “Elektron idarəetmə”, “Biliklərin idarə olunması”, “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı”, “Sığorta işinin təşkili”, “Paylanmış sistemlər və şəbəkələr” ixtisasları üzrə tələbə və magistrlərin hazırlığını həyata keçirir.

Kafedrada 47 professor-müəllim heyəti, bir kabinet müdiri və bir laborant  fəaliyyət göstərir.