Məlum olduğu
kimi Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2025-2026-cı tədris ilində
ali məktəblərə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onların
5 nəfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının tələbələridir. Akademiya tələbələrinin ümumi sayının ölkə üzrə
bütün ali məktəb tələbələrinin 1 faizindən az olduğunu nəzərə alsaq, bu nəticə ilə
nisbət 1-ə qarşı 5-dir.
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Prezident təqaüdünə
layiq görülmüş tələbələrlə görüşmüşdür. Rektor tələbələri bu uğur münasibətilə
təbrik edib, onlara gələcək fəaliyyətlərində və təhsillərində uğurlar
arzulayıb.
Akademik Urxan Ələkbərov qeyd edib ki, Prezident təqaüdü qazanmaq
təkcə yüksək biliklərin deyil, həm də məsuliyyət, vətənpərvərlik və dövlətçilik
prinsiplərinə sadiqliyin göstəricisidir. Rektor vurğulayıb ki, bu uğur həm
tələbələrin, həm də onların müəllimlərinin fədakar əməyinin nəticəsidir. O qeyd edib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin
bilikli, müasir düşüncəli və vətənpərvər ruhda yetişməsini təmin edir. Bu
siyasətin əsas məqsədi ölkənin gələcəyini formalaşdıracaq gənclərin
intellektual potensialının inkişafına, onların elmi və peşəkar fəaliyyətə cəlb
edilməsinə şərait yaratmaqdır.