- 07.11.2025
ELAN
19 noyabr 2025-ci il
tarixində
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
Vətən müharibəsində qələbəmizin
5 illiyinə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafında innovativ idrəetmə və
rəqəmsal texnologiyaların rolu”
mövzusunda Respublika Elmi
Praktik Konfransının keçirilməsi barədə
Ali Baş Komandan Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük zəfər
tarixi yazdı, ərazi bütövlüyümüz bərqərar oldu, 2023-cü il sentyabrın 20-də
qazanılan Xankəndi Zəfəri dövlətimizin Milli hədəflərinə doğru böyük əzim, qətiyyət
və qəhramanlıq tələb edən haqq yolunun Zəfər Zirvəsi oldu. Bu müasir Azərbaycan
Respublikası qarşısında yeni dövr istiqamətlərini açmış oldu.
Bununla da, Azərbaycan dövləti yeni inkişaf dövrünə qədəm qoydu.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyevin 28 dekabr 2024-ci il tarıxli verdiyi Sərəncamı ilə Konstitusiyamızın bəyan
etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa
olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən
müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alaraq 2025-ci ili Azərbaycan
Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
44 günlük Zəfərdən sonra Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-lə bağlı təsdiq edilmiş
Sərəncamın icrası məqsədi ilə 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
Sərəncamı dövlət qurumları qarşısında mühüm vəzifələr qoymuşdur.
Bütün bunlar ölkədə yeni platforma olmaqla sosial –
iqtisadi inkişafın idarəedilməsində yeni çağırışlar və trendlər olması zərurətini yaradır.
IV sənaye inqlabı ərəfəsində olmaqla,
iqtisadiyyatın rəqamlaşması, bilik iqtisadiyyatının qurulması və
innovasiyaların tətbiqi, iqtisadi inkişafın inklüzivliyi yeni iqtisadi siyasətin
tərkib hissəsidir. Prezident İlham Əliyevin müyyən etdiyi bu yeni iqtisadi
siyasət qabaqcıl innovativ yeniliklərin tətbiqi, çağdaş mexanizmlərin
yaradılması zərurətini ortaya çıxarır.
Bu baxımdan 19 noyabr
2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Vətən müharibəsində qələbəmizin
5 illiyinə həsr olunmuş “Azərbaycanın iqtisadi inkişafında innovativ idrəetmə və
rəqəmsal texnologiyaların rolu” mövzusunda Respublika Elmi Praktik Konfransını keçirməyi nəzərdə tutur.
MƏQALƏLƏR AŞAĞIDAKI BÖLMƏLƏR ÜZRƏ AİDİYYATI
E-MAİLLƏRDƏ QƏBUL EDİLİR
I BÖLMƏ
Davamlı inkişaf və yaşıl iqtisadiyyat
II BÖLMƏ
Rəqəmsal dövlət idarəetməsi və innovasiyalar
MƏQALƏLƏRİN TƏRTİB OLUNMA QAYDALARI:
Məqalələrin
mətnin yığılması-A4-də, hər tərəfdən 2,5 sm, şrift 14 pt, interval 1,5, Times
New Roman olmaqla Мicrosoft Word
formatında və hazırlanmalıdır.
Məqalələr
(8-10 səhifədən ibarət olmaqla) və tezislər şəklində azərbaycan ingilis və rus
dillərində təqdim oluna bilər.
Məqalə elektron şəkildə 15.11.2025
tarixinədək qəbul edilir.
Təşkilat
komitəsi
MƏQALƏNİN
TƏRTİBİ ÜÇÜN NÜMUNƏ
MƏQALƏNİN ADI
KONFRANSDA İŞTİRAK ETDİYİ BÖLMƏNİN ADI
Müəllifin adı, atasının adı, soyadı
Elmi dərəcəsi, vəzifəsi
e-mail
Təmsil etdiyi müəssisənin adı
Xülasə
Xülasə adi
hərflərlə, Məqalənin yazıldığı dildə,
250-300 simvol.
Açar
sözlər: 3-5 söz
Məqalənin mətni …..
……………… ……..
Məqalədə
istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.
Ədəbiyyat
EVENT INFO :
- Start Date:07.11.2025
- End Date:07.11.2025
