loader image

Dia.edu.az

DİA-nın rektoru beynəlxalq elmi-praktik konfransda çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov 20 mart 2025-ci il tarixində Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası (Prezident Akademiyası) tərəfindən təşkil olunmuş “Dövlət idarəçilik sistemində şəxsiyyət” adlı VI beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etmişdir.

Konfransın plenar iclasında onlayn formatda çıxış edən rektor dövlət idarəçilik sistemlərində şəxsiyyətin rolu, yaxşı idarəetmənin əsas prinsipləri, Azərbaycan Respublikasında tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyaları və bu sahədə əldə edilmiş nailiyyətlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.