loader image

Dia.edu.az

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov DİA – da tələbələr ilə görüşmüşdür

“Sahibkarlıqda idarəetmənin rolu” mövzusunda keçirilən tədbirin açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək, müasir dövrdə idarəetmə və sahibkarlığın vəhdətinin iqtisadi inkişafda oynadığı rolun vacibliyini vurğulamış, gənclərin bu sahələrdə bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən bəhs etmişdir. Rektor qeyd etmişdir ki, bu kimi təşəbbüslər gənclərin dövlət-özəl sektor münasibətləri ilə daha yaxından tanış olmalarına və gələcək karyera planlarını düzgün istiqamətləndirmələrinə geniş imkanlar yaradır.

Tədbirin fəxri qonağı – Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında dövlətin rolu, tətbiq edilən dəstək mexanizmləri, eləcə də idarəetmə strategiyalarının sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat vermişdir. O, gənclərə praktiki tövsiyələr verməklə yanaşı, onları innovativ təşəbbüslərlə çıxış etməyə və sahibkarlıq mühitində fəal olmağa çağırmışdır.

Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyasının dekanı, dosent Elnur Əliyevin moderatorluğu ilə keçən görüşdə tələbələrin sualları cavablandırılmış, gəncləri maraqlandıran mövzular ətrafında fəal fikir mübadiləsi aparılmışdır. Sual-cavab sessiyasında çıxış edən Orxan Məmmədov iştirakçıların ideyalarını diqqətlə dinləyərək onlara peşəkar yanaşmalar və praktik məsləhətlər təqdim etmişdir.