loader image

Dia.edu.az

“Fulbright Proqrami ilə Təhsil va Mədənyyət mübadiləsi” mövzusunda seminar təşkil etmişdir

26 may 2025 ci ildə Dillər kafedrasının müdiri f.f.d., dos. Ülkər Şəfiyevanın təşəbbüsü ilə, kafedranın baş müəllimi, f.f.d Azadə Ramazan qızı Mikayılova kafedra üzvləri üçün “Fulbright Proqrami ilə Təhsil va Mədənyyət mübadiləsi” mövzusunda seminar təşkil etmişdir. Seminarda Azadə xanım 2024-2025 ci il “Fulbright” qalibi kimi Şimali Arizona Universitetində keçdiyi 5 aylıq Fulbright Fakültə İnkişaf Programı haqqında əldə etdiyi təcrübəsini kafedra əməkdaşları ilə bölüşmüşdür. “Danışıq vərdişinin inkişafı” adlı təqdimatda öyrənilən dildə nitq vərdişlərini inkişaf etdirmə, bu zaman rastlaşılan problemlər, onların dəf edilməsi, tələbələrdə öyrəndikləri dildə səlis danışmaq üçün özünə inam yaratmaq və s. məsələlər müzakirə olundu və fikir mübadiləsi aparıldı. Seminarın sonunda iştirak edən bütün müəllimlər sertifikatla təltif olundu.