loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elvin Əzizbəyov 20 iyun 2025-ci il tarixində Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Astana şəhərində keçirilən “Yeni sistemlər, müasir xidmətlər və innovativ həllər” mövzusunda beynəlxalq İnsan Resursları Forumunda iştirak edib.

Forumun əsas məqsədi dövlət sektorunda insan resurslarının idarə edilməsində süni intellektin inteqrasiyası, verilənlərə əsaslanan və proaktiv İnsan Resursları strategiyalarının inkişafı, dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində yeni yanaşmaların tətbiqi və təcrübə mübadiləsinin təşkili olmuşdur. Forumda Qazaxıstan Respublikasının və müxtəlif ölkələrin dövlət qulluğu təşkilatlarının rəhbər şəxsləri, insan resurslarının idarə edilməsi üzrə mütəxəssislər, eləcə də Dövlət İdarəçilik Akademiyalarının nümayəndələri iştirak etmişlər.

Forum çərçivəsində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirinin moderatorluğu ilə keçirilən interaktiv paneldə Elvin Əzizbəyov “İnsan resurslarının idarə edilməsində verilənlər analitikasının rolu” mövzusunda məruzə etmiş və iştirakçıların suallarını cavablandırmışdır.

Forum haqqında ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:


https://govhrforum.apa.kz/en