Gənc müəllimlər üçün “Tədrisin keyfiyyətinin və mənimsəmə səviyyəsinin
yüksəldilməsi istiqamətləri” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi tərəfindən xüsusilə
gənc müəllimlər üçün “Tədrisin keyfiyyətinin və mənimsəmə səviyyəsinin yüksəldilməsi
istiqamətləri” mövzusunda təlim təşkil edilib.
Təlimin məqsədi tədrisin keyfiyyətini və tələbələrin mənimsəmə səviyyəsini yüksəltmək
istiqamətində müəllimlərin peşəkar bacarıqlarını inkişaf etdirmək, müasir tədris
metodlarını tətbiq etmək və öyrənmə prosesinin səmərəliliyini artırmaqdan ibarət
olub. Təlim zamanı iştirakçılar bu mövzular ətrafında bilik və təcrübə mübadiləsi
aparıb, aktual pedaqoji yanaşmalar və müasir tədris texnologiyaları müzakirə
olunub.
Akademiyanın bütün kafedralarının əməkdaşları müzakirələrdə fəal iştirak edərək
fikir və təkliflərini bölüşüblər. Belə tədbirlər müəllimlərin peşəkar
inkişafına və tədris mühitinə daha sürətli adaptasiyasına mühüm töhfə verir.
Təlimdə həmçinin Siyasi idarəetmə fakültəsinin Beynəlxalq münasibətlər
ixtisasının IV kurs tələbəsi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin keyfiyyət
elçisi Nəzrin Abdullayeva iştirak edib. O, çıxışı zamanı institusional
akkreditasiya prosesinin real təcrübəsi haqqında danışıb və mövzu ilə bağlı
praktiki nümunələr təqdim edib.
- 28 Окт
- 2025






