Dövlət İdarəçilik Akademiyasının
(DİA) rektoru, akademik Urxan Ələkbərov səfiri səmimiyyətlə salamlayaraq onu
Akademiyada görməkdən məmnunluğunu ifadə edib. Rektor vurğulayıb ki, Azərbaycan
və Çin arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
münasibətləri dinamik şəkildə inkişaf edir və bu əlaqələrdə təhsil sahəsi
xüsusi əhəmiyyət daşıyır.
Səmimi qarşılanmaya və xoş sözlərə
görə təşəkkürünü bildirən Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Lu Mey, Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq
əlaqələrinin qurulmasının vacibliyini qeyd edib. Səfir bildirib ki, ölkələrimiz
arasında elmi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində mühüm
addımlar atılır.
Lu Mey Akademiya ilə yaxından
tanışlığının onda yüksək təəssürat yaratdığını vurğulayıb və elm-təhsil
sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Görüş iki ölkənin ali təhsil
müəssisələri arasında gələcək əməkdaşlıq perspektivlərinin və qarşılıqlı
təşəbbüslərin müzakirəsi ilə davam edib.




