loader image

Dia.edu.az

Anadolu Universitetində “Heydər Əliyev Araşdırma və İnformasiya” mərkəzi açılmışdır

May ayının 7-də Türkiyənin Anadolu Universitetində “Heydər Əliyev Araşdırma və İnformasiya” mərkəzinin açılış mərasimi olmuşdur. Mərkəzdə Heydər Əliyev haqqında yazılan kitablar, Azərbaycanın və Türk dünyasının inkişafı sahəsində onun gördüyü işlərlə bağlı araşdırmalar toplanmışdır. TRT Okul kanalı ilə canlı olaraq yayımlanan tədbirdə Tükiyədən və Azərbaycandan olan bir çox görkəmli elm və ictimai xadimlər iştirak etmişlər. Tədbidə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını I prorektor, professor Əlikram Abdullayev təmsil etmişdir.