loader image

Dia.edu.az

  • 30.05.2025 - 01:00

E L A N 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik

Akademiyası 2025/2026-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə

Əlavə təhsilin istiqaməti üzrə  sənəd qəbulu elan edir

 

  1.   Dövlət və bələdiyyə idarəetməsi
  2.   Menecment
  3.   Beynəlxalq münasibətlər
  4.   Politologiya

 

Təkrar ali təhsil, müəssisə və ayrı-ayrı şəxslərlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında  bağlanmış fərdi müqavilələr əsasında yalnız ödənişli əsaslarla qiyabi  formada həyata keçirilir.

Təkrar ali təhsil almaq istəyənlər elektron qaydada  portal.edu.az  vasitəsilə “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” bölməsinə şəxsi məlumatlarını daxil etdikdən və göstərilən sənədləri yüklədikdən sonra “Digər” sənədlər bölməsinə aşağıda qeyd olunanları yükləməlidirlər:

–          göndəriş-zəmanət məktubu;

–          ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
–          əmək kitabçasının surəti (hazırda işlədiyi vəzifəsi göstərilmək şərti ilə);

–          sağlamlıq haqqında arayış.

Seçim mərhələsində dövlət qulluqçularına və dövlət qurumlarında çalışan, əmək stajı 3 ildən az olmayan namizədlərə üstünlük veriləcəkdir. 

Xarici ölkələrdə  ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra DİA-da təkrar ali təhsil ala bilərlər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verməsi və  iddiaçının  təkrar ali təhsil almaq  hüququnu  qazanması təkrar ali təhsilə dair müvafiq əsasnaməyə uyğun olaraq  yaradılan müsahibə Komissiyası tərəfindən müəyyən edilir.

 

Ünvan:   Bakı, Lermontov küç., 74, otaq 4    

Əlavə məlumat üçün: 

tel: (+994) 012-497- 83-30

 I – V günlər , saat 14:00 – 17:00

e-mail: tekraralitehsil@dia.edu.az 

EVENT INFO :

  • Start Date:30.05.2025
  • Start Time:01:00
  • End Date:31.08.2025
  • End Time:00:00