03
noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün
“İnsan resurslarının idarə edilməsi” mövzusunda elmi-praktik təlim təşkil
edilmişdir. Təlim Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr
siyasəti” kafedrasının baş müəllimi Anar Həsənov tərəfindən
aparılmışdır.
Təlimin
məqsədi dövlət qulluğunda insan resurslarının idarə edilməsinə dair nəzəri və
praktiki biliklərin dərinləşdirilməsi, idarəetmə proseslərində müasir
yanaşmaların tətbiqi və əmək münasibətlərinin hüquqi əsasları barədə
məlumatlılığın artırılması olmuşdur.
Sessiya
çərçivəsində iştirakçılara insan resurslarının idarə edilməsinin mahiyyəti,
onun dövlət idarəçiliyində strateji rolu, kadr potensialının formalaşdırılması
və inkişafı, işçi seçimi, adaptasiya və motivasiya mexanizmləri, fəaliyyətin
qiymətləndirilməsi kimi mövzular ətrafında geniş izahat verilmişdir. Bununla
yanaşı, təlimdə əmək qanunvericiliyinin mühüm müddəalarına – əmək
müqavilələrinin bağlanması və xitamı, iş vaxtının təşkili, məzuniyyət
hüquqları, intizam məsuliyyəti və etik davranış normalarına da toxunulmuşdur.
Təlim
prosesi interaktiv müzakirələr, situasiya təhlilləri və praktiki nümunələr
üzərində qurulmuş, iştirakçılar dövlət idarəçiliyində insan resurslarının idarə
olunması sahəsində səmərəli yanaşmalar və institusional təcrübələr barədə fikir
mübadiləsi aparmışlar.
Tədbirin
yekununda vurğulanmışdır ki, bu kimi elmi-praktik təlimlər dövlət
idarəçiliyində peşəkar kadr potensialının gücləndirilməsinə, idarəetmə
mədəniyyətinin inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə
verir.



