31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün “Dövlət xidmətlərinin rəqəmsallaşması və iqtisadi inkişafın təşviqi” mövzusunda növbəti təlim təşkil olunub. Təlim Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın Dövlət Tənzimlənməsi” kafedrasının müəllimi Fəridə Məcidlinin təqdimatında keçirilib. Təlimin məqsədi dövlət idarəçiliyində rəqəmsal transformasiyanın elmi-nəzəri əsaslarının öyrənilməsi və praktiki bacarıqların […]
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 80 illik şərəfli yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək […]
29 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət idarəçiliyində maraqların toqquşması və antikorrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir. Təlimi hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri İsaxan Vəliyev aparmışdır. Tədbirin əsas məqsədi dövlət qulluqçularının korrupsiya və maraqların toqquşması ilə […]
Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov səfiri səmimiyyətlə salamlayaraq onu Akademiyada görməkdən məmnunluğunu ifadə edib. Rektor vurğulayıb ki, Azərbaycan və Çin arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir və bu əlaqələrdə təhsil sahəsi xüsusi əhəmiyyət daşıyır. Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən Çin Xalq Respublikasının […]
Gənc müəllimlər üçün “Tədrisin keyfiyyətinin və mənimsəmə səviyyəsinin yüksəldilməsi istiqamətləri” mövzusunda təlim keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi tərəfindən xüsusilə gənc müəllimlər üçün “Tədrisin keyfiyyətinin və mənimsəmə səviyyəsinin yüksəldilməsi istiqamətləri” mövzusunda təlim təşkil edilib. Təlimin məqsədi tədrisin keyfiyyətini və tələbələrin mənimsəmə səviyyəsini yüksəltmək istiqamətində müəllimlərin peşəkar […]
