Azərbaycanlı kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Fuad Məmmədov UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb. Fuad Məmmədov mənəvi mədəniyyətin tərəqqisinə, yüksək mədəniyyətə malik şəxsiyyətlərin formalaşmasına və inkişafına, cəmiyyətin və dövlətin davamlı və təhlükəsiz inkişafı üçün məqsədlərə və strateji bərpaolunan ehtiyatlara həsr olunmuş […]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Əhmədov Elşan, Türkiyənin nəşri olan Global Academy Publishing House ISBN Number: 978-625-6276-28-4 doi number: https://books.google.az/books?id=MRprEQAAQBAJ&printsec=copyright&hl=ru#v=onepage&q&f=false “Developments in Aquaculture: Trends, Challenges, and Applications 1st Edition” kitabının “Digital technologies as a means of sustainable development of aquaculture (case of Azerbaijan)” Fəslinin müəllifidir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə akademiyanın inzibati binasında “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təminində məhkəmənin rolu” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri Şeyda […]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən hazırlanmış “İnkişaf nədir və necə ölçülür?” mövzusunda təlim videosu Türkiyə Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət qulluqçularının inkişafı üçün yaradılmış beynəlxalq “Uzaktan Eğitim Kapısı” platformasında yayımlanmağa başlamışdır. Təlimdə davamlı və inklüziv inkişafın əsas meyarları təhlil edilir, onların ölçülməsi və idarə edilməsi üçün tətbiq […]
17 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 34-cü ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masanı giriş sözü ilə açan DİA-nın rektoru, […]
