loader image

Dia.edu.az

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 80 illik şərəfli yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Urxan Ələkbərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi barədə 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın ölkəmizdə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir. 

 

Daha sonra  Dövlət İdarəçilik Akademiyasının professoru, Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev və Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova AMEA-nın fəaliyyətinin müxtəlif istiqamətləri, onun dövlət idarəçiliyi, sosial-iqtisadi inkişaf, ekoloji sabitlik və milli ideologiya sahələrində oynadığı rol barədə fikirlərini bölüşüblər.