loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir.

Noyabrın 3-də Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və DİA Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə  “8 Noyabr- Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilmişdir.  İntellektual oyunda tələbələrdən ibarət 8 komanda yarışmış və nəticələrə əsasən, “Azad Qarabağ” 3-cü, “Xarıbülbül” 2-ci, “Dəmir Yumruq” komandası […]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət İdarəçiliyində maraqlar toqquşması və antikorrupsiya siyasəti” mövzusunda təlim keçirilib.

05 noyabr 2025-ci il, Naxçıvan — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət idarəçiliyində maraqlar toqquşması və anti-korrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir. Təlim “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planında Azərbaycan […]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün “Azərbaycanın xarici siyasəti: suverenliyin və tarixi ədalətin bərpası” mövzusunda mühazirə keçirilib

07 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün “Azərbaycanın xarici siyasəti: suverenliyin və tarixi ədalətin bərpası” mövzusunda növbəti təlim təşkil olunub. Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov çıxış edib. Tədbirin əsas məqsədi Azərbaycanın müasir xarici siyasətinin […]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar konfrans baş tutmuşdur.

Noyabrın 7- də Dövlət İdarəçilik Akademiyasının Böyük akt zalında Zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb. Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən […]

DİA Tələbə Elmi Cəmiyyəti Zəfər Günü münasibətilə konfrans keçirmişdir

     DİA Tələbə Elmi Cəmiyyəti 04 noyabr 2025-ci il tarixində doktorant, magistrant və  tələbələrin geniş iştirakı ilə TarixiZəfərin 5-ci ildönümünə həsr olunmuş “Böyük Zəfər: Güclü Azərbaycan dövlətinininkişafında dönüş mərhələsi” mövzusunda elmi konfrans keçirmişdir.     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.      […]