Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Tədrisin Keyfiyyətinin Monitorinqi və Məzunları ilə İş Şöbəsi tərəfindən
müəllimlər üçün “Andraqogika: Böyüklər üçün Effektiv Tədris Yanaşmaları”
mövzusunda xüsusi təlim təşkil edilmişdir.
Təlim zamanı rektor, akademik Urxan Ələkbərov qeyd
edib ki, təhsil sahəsində müasir yanaşmalar və prinsiplər son dərəcə vacib məsələlərdir.Hər
bir müəllim tədris prosesində bu yanaşmalardan istifadə edərək təhsilin keyfiyyətini
artırmaq və tələbələrin daha effektiv öyrənməsini təmin etməlidir. Bu, təhsilin
inkişafı və müasir tələblərə cavab verməsi baxımından mühüm addımdır.
Təlimdə böyüklərin təhsilində effektiv yanaşmalar, müasir
tədris metodları, təlim prosesində motivasiya və interaktiv metodlardan istifadə
kimi mühüm mövzular üzrə bilik və təcrübələr müzakirə edilmişdir. Təlim zamanı
kafedralarının əməkdaşları praktiki məşğələlər və müzakirələrdə çox fəal
iştirak etmişdlər.