Dövlət İdarəçilik
Akademiyasının tələbələrinin Məzun günü
keçirilib.
İyulun 7 də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət İdarəçilik
Akademiyasının tələbələrinin Məzun
günü baş tutdu.
Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə
çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin
memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm
verdiyini, Ümummilli Liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib. Rektor əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş bu təhsil ocağında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların
perspektiv imkanlarını təhlil edib, Prezident İlham Əliyevin biliyə, təhsilin
inkişafına göstərdiyi diqqətdən danışıb. Müasir dövrdə dövlətin gücü və qüdrətinin
təkcə onun təbii sərvətləri ilə deyil, həm də elmi-intellektual potensialı ilə
müəyyən edildiyini deyən Urxan Ələkbərov bildirib ki, məqsədimiz DİA-nın
hazırladığı kadrların müasir tələblərə cavab verməyi bacarmaları, yeni nəslin
formalaşmasında, insan potensialının inkişafı və davamlılığının təminində Azərbaycan
dövlətinin həyata keçirdiyi prosesə töhfə vermək, dünya təhsil sisteminə
inteqrasiyanı sürətləndirməkdən ibarətdir. Urxan Ələkbərov 2025 -ci ildə
Akademiyanı bitirən məzunların bundan əvvəlki
illərdə olduğu kimi dünyanın ən qabaqcıl universitetlərində təhsillərini davam
etdirəcəklərini qeyd edib. O bildirib ki, dövlət qulluğuna qəbul üzrə Akademiyanın
məzunları ön sıralarda yer alırlar və müxtəlif
dövlət qurumlarında uğurla fəaliyyət göstərirlər.
Daha sonra Milli Məclisin deputatı, İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri, dosent Azər Əmiraslanov, Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, professor Hikmət Babaoğlu, Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr kafedrasının professoru Elman Nəsirov, Siyasi İdarəetmə fakültəsinin dekanı dosent Murtəza Həsənov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev çıxış ediblər. Çıxışçılar son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıb, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının uğurlarını qeyd ediblər. DİA-nın bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yer tutduğunu bildiriblər.
“Məzun günü” tədbiri bədii hissə ilə davam edib.