loader image

Dia.edu.az

İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrası

Kafedra 1999-cu ildə Akademiya yarandığı vaxtdan bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda yüksək ixtisaslı dövlət idarəçilik kadrlarının hazırlanması məqsədilə fəaliyyətə başlamışdır.

Kafedranın 28 nəfər üzvü vardır. Bunlardan 2 nəfəri elmlər doktoru professor, 9 nəfər dosent, 15 nəfər fəlsəfə doktoru, 1 nəfər kabinet müdiri, 2 nəfər laborantdır.

Fəaliyyətə başladığı vaxtdan kafedraya kənd təsərrüfatı elmləri namizədi, dosent Roza Əliyeva,  kənd təsərrüfatı elmləri namizədi, dosent Yusif Zeynalov və hal-hazırda i.ü.f.d.Azər Əmiraslanov rəhbərlik edir.

Kafedrada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse Prezidenti i.e.d.,professor Süleyman Qasımov, i.e.d,professor Fərhad Rəhmanov, i.ü.f.d.,dosent Fikrət Rəhimli , i.ü.f.d., dosent əvəzi Sevil Babayeva, k/t.ü.f.d., dosent Yusif Zeynalov, i.ü.f.d., dosent Adil Sultanov, i.ü.f.d. dosent Söhrab İsayev, i.ü.f.d. dosent Çingiz İbrahimli, kimi respublikada yüksək intellektual səviyyəsi və pedaqoji pesakarlığı ilə seçilən müəllimlər çalışırlar. 

Kafedrada bakalavr pilləsində 29, magistraturada isə 8 adda fənnlər  tədris olunur. Kafedra 2011-ci ildən etibarən aparıcı statusunu daşıyır və bakalavr pilləsində “İqtisadiyyat” ixtisası verilib. Kafedrada tədris olunan fənnlər bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin bütün sahələrini əhatə etməsinə, DİA-da təhsilin istiqamətlərinə və ixtisaslara uyğun olmasına daim diqqət yetirilir. Son illər bu məqsədlə kafedranın tədris planına bir sıra yeni ixtisas fənləri daxil edilmişdir: “Beynəlxalq iqtisadiyyat”, “İnklyuziv iqtisadiyyat”, “Rəqəmzal iqtisadiyyat”, “Ətraf mühitin iqtisadiyyatı, “Əməyin iqtisadiyyatı”, “Sosial sahənin iqtisadiyyatı”, “Ekoloji iqtisadiyyat”, “İctimai maliyyə və büdcələşdirmə”, və s.

Kafedranın əməkdaşlarından professor Fərhad Rəhmanovun “Sosial sfera və sosial siyasət, (2021), dosent R.Ə.Əliyevanın, çap etdirdiyi  “İqtisadiyyatın dövlət tənzimlənməsi” (2013) və “Beynəlxalq iqtisadi münasibətlər” fənləri üzrə dərs vəsaiti, (2011), dosent Y.Zeynalovun “Bank işi” (2016), “Milli iqtisadiyyat” (2018), professor Ə.Nuriyevin “Regional siyasət və idarəetmənin əsasları” (2007), i.ü.f.d.b/m. Z.Z.Zeynalovanın, “Müəssisədə maliyyə resurslarının idarəedilməsi”, dərs vəsaiti, “Gelir dağılımının sosyal politikaya izdüşümü”, monoqrafiya, (2017), professor Ə.Nuriyevin “Dövlət və bələdiyyə idarəçiliyinin iqtisadi əsasları” bölməsi, “Dövlət və bələdiyyə idarəçiliyinin müasir problemləri” dərslik, (2019), “Vergi rəqabəti iqtisadi modernləşmənin aləti kimi” bölməsi, (2018), “Vergi əməletməsi və onun yüksəldilməsi yolları” bölməsi, İqtisadiyyatın inkişafına yeni baxışlar, Elmi əsərlər toplusu (2018), kafedra əməkdaşlarının birgə hazırlandığı Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi yubileyinə ithaf olunmış “Azərbaycanda iqtisadiyyatın modernləşməsi prosesinin dövlət tənzimlənməsi”, monoqrafiyası (2018), və s. kimi çapdan çıxmış kitabları yalnız tələbələrin deyil, idarəetmə sahəsində fəaliyyət göstərən məmurlar, müəllimlər üçündə dəyərli tədris vəsaitlərindəndir.

Kafedrada son 10 ildə onlarla doktorantlar əyani və qiyabi formada təhsil alıblar və vaxtında müvəffəqiyyətlə müdaviə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıblar.

Kafedra aparıcı statusuna malik olduğundan son 10 ildə onlarca namizədlik və doktorluq dissertasiya işləri üçün aparıcı elmi təşkilat  kimi də müvəffəqiyyətlə fəaliyyət göstəribdir.

“İqtisadiyyatln dövlət tənzimlənməsi” kafedrası  Akademiyada aparılan elmi tədqiqat planına uyğyn olaraq kafedranın müəllimləri elmi-tədqiqat işlərini yerinə yetirirlər. Məsələn, 2017-2020-ci illərdə “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi strategiyası: iqtisadi modernləşdirmənin inkişaf etdirilməsi istiqamətləri” mövzusunda aparılan elmi-tədqiqat işləri müvəffəqiyyətlə başa çatdırılmışdır. Hal-hazırda kafedra əməkdaşları tərəfənən 2021-2023-cü illər üçün “Azərbaycanda iqtisadiyyatın və aqrar sektorun davamlı inkişaf etdirilməsi, tənzimlənməsi, ətraf mühitin qorunması, maliyyə siyasəti sisteminin inkişaf istiqamətləri” mövzuları üzrə olduqca aktual elmi-tədqiqat işlərinin icrasına başlanmışdır.

 Kafedranın əməkdaşları respublika və beynəlxalq səviyyədə keçirilən elmi-praktiki konfrans və simpoziumların işində müntəzəm olaraq iştirak edirlər.