loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbələrinin “Şöhrət” muzeyinə ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı bildirilib ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını təmin etmək məqsədilə yaradılmışdır.  Ekspozisiya ilə tanışlıq zamanı gənclərin sualları cavablandırıldı. Ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış abidəsi ziyarət edilib.