loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının beş tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Məlum olduğu kimi Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2025-2026-cı tədris ilində ali məktəblərə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onların 5 nəfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələridir. Akademiya tələbələrinin ümumi sayının ölkə üzrə bütün ali məktəb tələbələrinin 1 faizindən az olduğunu nəzərə alsaq, bu nəticə ilə nisbət 1-ə qarşı 5-dir. […]

“Beynəlxalq münasibətlər tarixi” adlı 5 cildlik dərslik kitabının təqdimatı baş tutmuşdur.

Bu həftə Dövlət İdarəçilik Akademiyasının Böyük akt zalında  dosent Çingiz Məmmədovun müəllifi olduğu “Beynəlxalq münasibətlər tarixi” adlı 5 cildlik kitabın təqdimatı baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Tarix kafedrasının müdiri F.Əhmədova çıxışında dərslik haqda geniş məlumat vermiş, əhəmiyyətini diqqətə çatdırmışdır: Beş cildlik Beynəlxalq münasibətlər tarixinin birinci cildi Vestfal sistemi (1648- 1815-ci illər) adlanır.  Dərsliyin […]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib

30 sentyabr 2025 30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarları” mövzusuna həsr edilib. Tədbirdə Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Qədirov Asif Xanoğlan oğlu məruzə ilə çıxış edib. O, dövlət […]

Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Dövlət idarəçiliyində anti-korrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir.

01.10.2025 2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Dövlət idarəçiliyində anti-korrupsiya siyasəti” mövzusunda təlim keçirilmişdir. Təlimin əsas məqsədi dövlət qulluqçularında korrupsiyaya qarşı mübarizə sahəsində institusional və hüquqi mexanizmlər barədə biliklərin artırılması, şəffaf və hesabatlı idarəetmə prinsiplərinin təbliği olmuşdur. Təlimdə Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının […]

Dillər kafedrasında interaktiv tədris metodlarının inkişafına dair təlim baş tutdu.

Dövlət İdarəçilik Akademiyasının  Dillər kafedrası Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi ilə birgə müəllimlər üçün interaktiv tədris metodlarının inkişafına dair keçirilmiş təlimlərdə əldə olunmuş biliklərin möhkəmləndirilməsi məqsədilə təlim sessiyası təşkil etmişdir. Sessiyanın əsas məqsədi Dillər kafedrasının müəllimlərinin Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin təşkil etdiyi təlimlərdə qazandıqları bilik və təcrübəni bölüşmək, həmin metodların […]