DİA Tələbə Elmi Cəmiyyəti 04 noyabr 2025-ci il tarixində doktorant, magistrant və tələbələrin geniş iştirakı ilə Tarixi
Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Böyük Zəfər: Güclü Azərbaycan dövlətinin
inkişafında dönüş mərhələsi” mövzusunda elmi konfrans keçirmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və
ölkəmizin ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlamışdır.
Zəfər Gününə həsr
olunan videoçarx nümayiş etdirilmiş,
şeirlər oxunmuşdur.
Konfransı Dövlət
İdarəçilik Akademiyasının prorektoru, professor Elçin Əzizbəyov açaraq, Ermənistan dövlətinin Azərbaycana qarşı
otuz il davam edən işğalçılıq siyasətindən, bu illər ərzində xalqımızı Zəfərə
aparan yoldan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gündə işğalçı Ermənistan
üzərində Böyük Qələbəsindən, uğurlu antiterror əməliyyatından, möhtəşəm Zəfərin
tarixi əhəmiyyətindən geniş söhbət açmış, Azərbaycan xalqının
çoxəsrlik
tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə konfrans
iştirakçılarını təbrik etmiş, Ermənistanın Azərbaycana qarşı
təcavüzü
nəticəsində törətdiyi cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində
ağır cəza alacağına əminlik bildirmişdir. Natiq postmüharibə reallıqları və
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi Qarabağın dirçəlişi
strategiyasından və Böyük qayıdışdan geniş bəhs etmiş, DİA Tələbə Elmi
Cəmiyyətinin Tarixi Zəfərin 5-ci ildönümünə həsr olunmuş elmi konfransının xüsusi əhəmiyyətini vurğulayaraq, onun
işinə uğurlar arzulamışdır.
Sonra DİA TEC-nin sədri, siyasi elmlər doktoru, prof.əv. Sevil
Məmmədova məruzə edərək, 44 günlük Vətən müharibəsində Prezident,
Müzəffər Ali Baş Komandan, müdrik lider və qalib sərkərdə cənab İlham Əliyevin Zəfər
salnaməsindən ətraflı bəhs etmiş, torpaqlarımızın erməni işğalından azad
olunmasında vətənpərvərliyini dünyaya nümayiş etdirən gənclərimizin xüsusi
rolunu vurğulamış, Zəfər Bayramı münasibətilə iştirakçıları təbrik edərək, bu
sonsuz sevinc hisslərini bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz
xatirəsinin xalqımız tərəfindən yüksək etiramla daim yaşadıldığını və əbədiləşdirildiyini
qeyd etmiş, dövlət başçımızın rəhbərliyi altında azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı
quruculuq işləri haqqında ətraflı söhbət açmışdır.
Plenar iclasdan sonra Konfrans öz
işini iki bölmədə DİA-nın professoru Sevil
Məmmədovanın və dosenti Nurəddin İbrahimovun rəhbərliyi ilə davam etdirmişdir. Bölmə iclaslarına qatılan 60-dək
doktorant, magistrant və tələbələr maraqlı çıxışlar etmiş,
geniş fikir mübadiləsi aparmışlar. Sonda çıxış edənlər DİA Tələbə Elmi Cəmiyyətinin
Sertifikatları ilə təltif edilmişlər.


