loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının professoru Beynəlxalq elmi kollokviumda məruzə edib
İyl 23 , 2019 – 07:44

Azərbaycan Reaspublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Fuad Məmmədovun 21 iyun 2019 il Bryussel şəhərinin Azad Bryussel Universitetində İmadəddin Nəsiminin 650-iliyinə həsr olunmuş Beynəlxalq elmi kollokviumda məruzəsi ilə çıxış edib. 

 “2019 ilin Azərbaycanda “Nəsimi ili” elan etmək haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, Azərbaycanın Belçikadakı Səfirliyinin təşəbbüsü ilə, 21 iyun 2019 il tarixində Avropa İttifaqının paytaxtı Bryussel şəhərində, Azad Bryussel Universitetində, Fransanın Şərq sivilizasiyaları və dilləri İnstitutu (İNALCO) ilə birgə, “İmadəddin Nəsimi və dünya ədəbiyyatı” mövzusunda böyük Azərbaycan mütəfəkkürü və şairi İmadəddin Nəsiminin həyat və fəaliyyətinə həsr olunmuş ilk Beynəlxalq elmi kollokvium keçirilmişdir.

Azərbaycan Reaspublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Fuad Məmmədov “Dünya humanizmi güzgüsündə İmadəddin Nəsiminin kuturoloji portreti” mövzusunda məruzə ilə çıxış etmişdir.

Həmin Kollokviumda Azərbaycanın tanınmış mütəxəssisləri: AMEA-nın Şərqşunaslıq İnstitutunun əməkdaaşı, Nəsimişunas dosent Səadət Şixiyeva, İNALCO-nun Azərbaycan dili müəllimi, dilşunaslıq üzrə elmlər doktoru Aygün Eyyubova, Azərbaycan Reaspublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, kulturoloq Fuad Məmmədov “Dünya humanizmi güzgüsündə İmadəddin Nəsiminin kuturoloji portreti” mövzusunda məruzə ilə çıxış edib.

Kollokviumu giriş sözü ilə Aərbaycanın Belikadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Fuad İsgəndəov açıb.

Dahi Azərbaycan mütəfəkkürü və humanisti İmadəddin Nəsiminin həyat fəlsəfəsi, beynəlxalq münasibətlər mədəniyyəti, insan və qlobal inkişaf problemləri, Azərbaycanın səmərəli social-mədəni siyasəti haqqında Fuad Məmmədovun məruzəsimaraqla qarşılanmışdır.

Məruzə ətrafında Azərbaycanın və Türkiyənin,  dövlət strukturları, ali məktəblər, QHT və KİV mütəxəssisləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət dəstəyi Şurasının maliyə köməyi ilə həyata keçirilən “Kulturoligiya və davamlı inkişaf” layihəsi çərçivəsində, Nəsiminin yubileyinə həsr olunmuş “Kamilliyi aparan yol” adlı ustad-dərsi də verilmişdir.