Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Lalə Babazadə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin hüquq ixtisası üzrə təhsil alan tələbə və kursantları arasında keçirilən məqalə müsabiqəsində 1-ci yerə layiq görülmüşdür. Qalib tələbə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən qəbul edilmişdir. Hörmətli rektor tələbəyə nailiyyətinə görə təşəkkür etmiş və gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.
- 27 Okt
- 2025
