loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov səfiri səmimiyyətlə salamlayaraq onu Akademiyada görməkdən məmnunluğunu ifadə edib. Rektor vurğulayıb ki, Azərbaycan və Çin arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir və bu əlaqələrdə təhsil sahəsi xüsusi əhəmiyyət daşıyır.

 

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey, Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd edib. Səfir bildirib ki, ölkələrimiz arasında elmi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

 

Lu Mey Akademiya ilə yaxından tanışlığının onda yüksək təəssürat yaratdığını vurğulayıb və elm-təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Görüş iki ölkənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq perspektivlərinin və qarşılıqlı təşəbbüslərin müzakirəsi ilə davam edib.