Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tədrisin
keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi”nin əməkdaşları Anar Şükürov,
Gülputa Şirinova, Ayxan Xubanov həmçinin akademiyanın tələbəsi Rada Ramazanova
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı
Fondunun dünyanın aparıcı onlayn təhsil platforması olan Coursera ilə birgə
başlatdığı “4Sİ Akademiyası” – Milli Proqram çərçivəsində The University of
Hong Kong, University of Washıngton, University of Copenhagen, Yale
Universıty, University of Colorado Boulder, Wharton University of
Pennsylvania tərəfindən keçirilən kursları uğurla başa vuraraq sertifikatlar əldə
etmişlər. Proqramın əsas məqsədi ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabət
qabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək verməkdir. Bu Proqram
SOCAR, Paşa Holding, BP və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata
keçirilir.
- 15 Sen
- 2025