E L A N
Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr
2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru
imtahanlarının keçirilmə Qaydası”nın tələblərinə uyğun olaraq Dövlət İdarəçilik
Akademiyasında 2025-ci il dekabr ayının 1-dən 15-dək ixtisas fənləri üzrə fəlsəfə
doktoru imtahanları keçiriləcəkdir.
İxtisas fənni üzrə fəlsəfə
doktoru imtahanında iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilir:
–
şəxsiyyəti
təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
–
iddiaçı
Dövlət İdarəçilik Akademiyasının doktorantı (dissertantı) olmadığı halda, onun
dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.