loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar təsdiq olunmuş iş planına uyğun olaraq silsilə tədbirlər təşkil olunub. 24 sentyabr tarixində böyük akt zalında Anım Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfrans dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət İdarəçilik Akademiyasının […]

Dövlət İdarəçilik Akademiyası və Pamukkale Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

 *Dövlət İdarəçilik Akademiyası və Pamukkale Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb*  25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə Respublikasının Pamukkale Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.  Sənəd iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın qurulmasını, tədris və elmi-tədqiqat sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər […]

Dövlət İdarəçilik Akademiyasında  icra hakimiyyəti orqanlarının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” və “İctimai-siyasi və humanitar məsələlər” şöbələrinin rəhbərləri üçün təlim baş tutdu.

23 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanlarının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” və “İctimai-siyasi və humanitar məsələlər” şöbələrinin rəhbərləri üçün nəzərdə tutulmuş təlim proqramının açılışı  baş tutmuşdur. Təlim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 dekabr 2014-cü il tarixli 387 nömrəli Fərmanı və həmin sənədə edilmiş 15 […]

Dövlət İdarəçilik Akademiyasında Dövlət Suverenliyi Günü qeyd olundu

18 sentyabr 2025-ci il tarixində Dövlət İdarəçilik Akademiyasının (DİA) “Heydər Əliyev Mərkəzi”ndə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, dövlət suverenliyinin bərpası və qorunması sahəsində görülən işlərə, eyni zamanda, bu istiqamətdə əldə edilən uğurların təhlilinə həsr olunmuşdu. Tədbiri giriş nitqi ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın […]

Sentyabrın 15-də Dövlət İdarəçilik Akademiyasında Bilik Günü və yeni dərs ilinin başlanması qeyd olunub

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra DİA-nın rektoru, akademik Urxan Ələkbərov tələbələri və müəllimləri yeni dərs ili və Bilik Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. O, qeyd edib ki, Ulu […]