loader image

Dia.edu.az

DİA-da tədrisin keyfiyyəti və əlçatanlığının yüksəldilməsi, tələbələrin maraq və fəallığının artırılması məqsədilə innovativ təhsil metodlarına keçid planı üzrə təlim keçirilmişdir

Dövlət İdarəçilik Akademiyasında tədrisin keyfiyyəti və əlçatanlığının yüksəldilməsi, tələbələrin maraq və fəallığının artırılması məqsədilə innovativ təhsil metodlarına keçid planı üzrə 16-17 apreI tarixlərində təlim keçirilmişdir. Açılışda akademiyanın rektoru, akademik Urxan Ələkbərov iştirak edib. Təlimdə akademiyanın kafedra və dekanlıqlarının nümayəndələri çox fəal iştirak etmişdir. Təlimin 1-ci günü nəzəri hissəyə, 2-ci günü praktiki hissəyə həsr olunmuşdur.