Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən
hazırlanmış “İnkişaf nədir və necə ölçülür?” mövzusunda təlim videosu Türkiyə
Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət qulluqçularının inkişafı
üçün yaradılmış beynəlxalq “Uzaktan Eğitim Kapısı” platformasında yayımlanmağa
başlamışdır.
Təlimdə davamlı və inklüziv inkişafın əsas
meyarları təhlil edilir, onların ölçülməsi və idarə edilməsi üçün tətbiq olunan
müasir metodologiyalar izah olunur.