loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbələri “Şöhrət” muzeyində ekskursiyada olublar

Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində ekskursiyada olublar. 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılıb.
Unikal məzmuna və nəfis tərtibata malik olan “Şöhrət” muzeyinin, eləcə də Ümummilli Lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsinin təntənəli açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı baş tutub.