
Rəhbər Kadrların Yenidən Hazırlanması fakültəsinin magistrantları ilə “Konstitusiya və Suverenlik: Azərbaycanın gələcəyə baxışı” mövzusunda görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən silsilə görüşlər davam edir. Aprelin 21 -də Milli Məclisin deputatı Tural Gəncəliyev “Konstitusiya və Suverenlik: Azərbaycanın gələcəyə baxışı” mövzusunda mühazirə ilə çıxış edib.
Tural Gəncəliyev öz çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ olduğunu bildirmişdir. O, Konstitusiyanın hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi-institusional islahatların strateji əhəmiyyətini qeyd etmişdir.
Həmçinin çıxış zamanı, 44 günlük müharibə və antiterror tədbirlərindən sonra Azərbaycanda aparılan dövlət siyasəti haqqında qeydlər edilmişdir.
Görüşdə fakültənin magistrantları fəal iştirak etmiş, tədbirin sonunda müzakirələr aparılmış və tələbələrin sualları cavablandırılmışdır.
