loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Beynəlxalq Humanitar Forumunda iştirakçısı Nobel mükafatı laureatı professoru Laflin Robert Bettslə görüş keçirilmişdir
Okt 01 , 2014 – 10:32

Oktyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən fizika üzrə Nobel mükafatı laureatı professor Laflin Robert Bettslə Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə heyətinin görüşü keçirilmişdir.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqı salamlayaraq görüşdə iştirakı üçün ona təşəkkürünü bildirmiş onun DİA-da olmasının yüksək qiymətləndirmışdı. Rektor Akademiyada belə görüşlərin keçirilməsini elmi potensialın səviyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini qeyd etdi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən strategiyaya əsasən Azərbaycan Respublikasında effektiv dövlət idarəçiliyi, davamlı inkişaf, ekoloji sivilizasiya, insan potensalının yüksəldilməsi kimi sahələrin inkişaf etdirilməsi istiqamətlərinin ölkə rəhbərinin diqqətində olduğunu qeyd etdi.

Nobel mükafatı laureatı Laflin Robert Bettsl isə öz növbəsində görüş iştirakçılarını salamlayaraq Dövlət İdarəçilik Akademiyasında növbəti dəfə çıxış etməkdən məmnunluğunu bildirdi. O, öz nitqində qeyd etdi ki, son illərdə Azərbaycanın daha da inkişaf etdiyini və dünya reytinqlərində xeyli irəlilədiyini və ölkədə effektiv dövlət idarəçiliyi, davamlı inkişaf sahəsində mühüm addımların atıldığını qeyd etdi. Qonaq “Mən Azərbaycana gəlmək haqqında dəvəti məmnuniyyətlə qəbul etdim. Bakıda keçirilən Beynəlxalq Humanitar Forum Avropa səviyyəsində tədbirdir. Bu humanitar və eyni zamanda, siyasi forumdur. Çünki Forumda nüfuzlu elm adamları ilə yanaşı, görkəmli ictimai və siyasi xadimlər də iştirak edəcəklər. Laflin Robert Betts vurğuladı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edib. Azərbaycan neftlə zəngin ölkədir, qədim neft tarixiniz var və ölkəniz dünyada belə tanınır. Buraya gəldikdən sonra gördüm ki, Azərbaycanda qeyri-neft sektoru da dinamik inkişaf edir.  Görüşü özü üçün əhəmiyyətli hesab edən qonaq cəmiyyətin, eləcədə dünyanın gələcəyinin bilik, təhsil üzərində ququlacağını qeyd edərək, tələbələri öz gələcəkləri haqqında indidən düşünməyə çağırdı.

Laflin Robert Betts Bakı Beynəlxalq Humanitar Forumunu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olduğunu, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer olduğunu, ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platform olduğunu xüsusi qeyd etdi.

Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bir daha qonağa görüşə qatıldığına görə Akademiyanın tələbə-müəllim heyəti adından təşəkkürlərini bildirdi.