loader image

Dia.edu.az

Akademiyada “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” və “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir
Okt 20 , 2014 – 05:24

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2014 ilin oktyabr ayının 13-17-də “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” və ”Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti”, istiqamətləri üzrə qısamüddətli  ixtisasartırma kursları keçirilmişdir. Kurslara Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” istiqamətinin əsas məqsədi – Azərbaycan Respublikasında sosial siyasət və onun əsas istiqamətləri,  Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişaf perspektivləri, Azərbaycan Respublikasında məşğulluq strateqiyasının həyata keçirilməsi, Azərbaycanda məşğulluq strateqiyası-mümkün hədəflər və yeni çaırışlar, Əmək münasibətlərinin tənzimlənməsində başlıca hüquqi sənədlər, Təhsil dövlət siyasətinin tərkib hissəsi kimi:vəzifələr, prioritetlər, perspektivlər və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Qeyd edilən kurs ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, DİA-nn professor-müəllim heyəti, müxtəlif mövzularda mühazirələrlə çıxış etmişdilər. 

Eyni zamanda qeyd olunan kursla yanaşı “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” istiqaməti üzrə qısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi, Davamlı insan inkişafının planlaşdırılması və idarə olunması, Qadınların ictimai-siyasi fəallığın təmin olunması. Cəmiyyətin inkişafında rolu, Azərbaycan Respublikasında Ailə Məcəlləsi: reallıqlar və perspektivlər, Ailə siyasəti möcud problemlər, Ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində ictimai-siyasi təşkilatların rolu.  Bu kursda DİA-nın rektoru akademik Urxan Ələkbərov, Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin, sektor müdiri Elman Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva və digər muhazirəçilərin çıxış etmişlər.

Oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kurslar üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmiş və kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilmişdir.