E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik
Akademiyası 2025/2026-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə
Əlavə təhsilin istiqaməti üzrə sənəd qəbulu elan edir
- Dövlət və bələdiyyə idarəetməsi
- Menecment
- Beynəlxalq münasibətlər
- Politologiya
Təkrar ali təhsil, müəssisə və ayrı-ayrı şəxslərlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında bağlanmış fərdi müqavilələr əsasında yalnız ödənişli əsaslarla qiyabi formada həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər elektron qaydada portal.edu.az vasitəsilə “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” bölməsinə şəxsi məlumatlarını daxil etdikdən və göstərilən sənədləri yüklədikdən sonra “Digər” sənədlər bölməsinə aşağıda qeyd olunanları yükləməlidirlər:
– göndəriş-zəmanət məktubu;
– ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
– əmək kitabçasının surəti (hazırda işlədiyi vəzifəsi göstərilmək şərti ilə);
– sağlamlıq haqqında arayış.
Seçim mərhələsində dövlət qulluqçularına və dövlət qurumlarında çalışan, əmək stajı 3 ildən az olmayan namizədlərə üstünlük veriləcəkdir.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra DİA-da təkrar ali təhsil ala bilərlər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verməsi və iddiaçının təkrar ali təhsil almaq hüququnu qazanması təkrar ali təhsilə dair müvafiq əsasnaməyə uyğun olaraq yaradılan müsahibə Komissiyası tərəfindən müəyyən edilir.
Ünvan: Bakı, Lermontov küç., 74, otaq 4
Əlavə məlumat üçün:
tel: (+994) 012-497- 83-30
I – V günlər , saat 14:00 – 17:00
e-mail: tekraralitehsil@dia.edu.az