loader image

Dia.edu.az

15 oktyabr 2025

15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət qulluğunda komanda quruculuğu. Komandada işin təşkili” mövzusunda təlim keçirilib.

DİA-nın baş müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru Osmanova Esmira təlimdə çıxış edərək dövlət qulluğunda komanda quruculuğunun əhəmiyyəti, effektiv komanda fəaliyyətinin təşkili və idarə edilməsi mövzularında iştirakçılara ətraflı məlumat verib. O, komanda daxilində məhsuldar əməkdaşlığın əsasını təşkil edən liderlik keyfiyyətləri, inam və qarşılıqlı etimadın formalaşdırılması, habelə strateji məqsədlərə çatmaq üçün düzgün kommunikasiya bacarıqlarının vacibliyini vurğulayıb

Mühazirə zamanı komanda daxili münasibətlərin qurulması, həmçinin fərqli düşüncə tərzlərinin komanda işində yarada biləcəyi çətinliklərin effektiv idarə olunması yolları praktiki nümunələr əsasında izah edilib. Təlim çərçivəsində iştirakçılar real iş mühitində qarşıya çıxa biləcək problemlərin analizi, qərarların qəbulu və böhran şəraitində komanda rəhbərliyinin rolu kimi məsələləri müzakirə ediblər.Təlim iştirakçıları dövlət qulluğunda insan resurslarının idarə olunması və komandada effektivliyin artırılmasının dövlət idarəçiliyinin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edərək, bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.