loader image

Dia.edu.az

“Azərbaycanın inkişaf yolunda Heydər Əliyevin irsi və liderlik rolu” mövzusunda Milli Məclisin deputatı ilə DİA tələbələri arasında görüş baş tutmuşdur



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanın inkişaf yolunda Heydər Əliyevin irsi və liderlik rolu” mövzusunda tədbir baş tutmuşdur.
Tədbirin açılış nitqini Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı, dosent Murtəza Həsənov etmişdir. O, çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən, onun zəngin irsindən və müasir dövlət idarəçiliyi sahəsində qoyduğu möhkəm təməllərdən bəhs etmişdir.
Tədbirin qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə olmuşdur.
A. Mirzəzadə çıxışında Heydər Əliyevin müdrik siyasəti, strateji baxışları və liderlik keyfiyyətləri sayəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini və ölkənin dünya arenasında layiqli yer tutduğunu vurğulamışdır. O, həmçinin gənclərlə öz təcrübəsini bölüşmüş, onların fəal vətəndaş kimi yetişməsinin önəmini qeyd etmiş və tələbələri elmə, dövlətə və cəmiyyətə xidmət etməyə səsləmişdir.
Tədbirdə tələbələr də fəal iştirak etmiş, mövzu ətrafında suallar vermiş və fikir mübadiləsi aparmışlar.