03.05.2025-04.05.2025-ci il tarixində 132-134 nömrəli məktəbin voleybol zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “İdman” klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qızıl Top” turnirini keçirilmişdir.
1. 6 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanın inkişaf yolunda Heydər Əliyevin irsi və liderlik rolu” mövzusunda tədbir baş tutmuşdur. “Azərbaycanın inkişaf yolunda Heydər Əliyevin irsi və liderlik rolu” mövzusunda Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadənin DİA tələbələri ilə görüşü baş tutmuşdur.
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Art” klubunun və Üzeyir Hacıbəylinin ev-muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika miqyaslı “İncəSənət” müsabiqəsi keçirilmişdir.
08.05.2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Kitab” klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və kitabsevərlik mirası” adlı seminar keçirilmişdir. Tədbirin gedişi zamanı Elşad Mirbəşiroğlu Ulu Öndərin müasir Azərbaycan dövlətinin quruculuğunda göstərdiyi misilsiz xidmətlər, ölkənin təhsilinə, mədəni həyatına verdiyi töhfələrdən söhbət açmış, mütaliə ilə məşğul olmağın nə dərəcə vacib olduğunu tələbələrin diqqətinə çatdırmışdır.
26.04.2025-12.05.2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “DİA TGT ilə Futbol Çempionatı” adlı turnirin açılış mərasimi keçirilmişdir.
08.05.2025 tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təşkil edilmiş Olimpiadanın əsas məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin təkmilləşdirilməsi, onların hüquqi təfəkkürünün inkişaf etdirilməsi və gənclər arasında sağlam rəqabət mühitinin təşviq olunması olub.
Olimpiadada ölkənin 8 ali təhsil və ixtisaslaşmış müəssisəsinin – Bakı Dövlət Universiteti, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.
Yarışın yekununda komandaların topladığı ümumi nəticələr əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası qalib olub, Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası 2-ci yeri, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası isə 3-cü yeri tutaraq, komanda üzvləri diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Mayın 10 -da isə İdarəçilik Akademiyasının tələbələri Fəxri Xiyabanda olmuşlar.