Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədrisin keyfiyyəti və əlçatanlığının yüksəldilməsi,tələbələrin maraq və fəallığının artırılması məqsədilə innovativ təhsil metodlarına keçid planı üzrə 13-14 May tarixlərində III Təlim keçirilmişdir.Təlimin mövzusu “Mentimeter” platformasına həsr olunmuşdur.Bu proqram müəllimlərə təqdimat və interaktiv sorğular hazırlamaqda dəstək olur.Təlimdə akademiyanın hər kafedra və dekanlıqlarının nümayəndələri çox fəal iştirak etmişdir.Təlimin 1-ci günü nəzəri hissəyə,2-ci günü praktiki hissəyə həsr olunmuşdur.